ABŞ Maliyyə Nazirliyi ötən gün tibbi avadanlığın və məhsulların İrana tədarükünə qoyulan məhdudiyyətləri ləğv edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə qurumun saytında dərc edilmiş məlumatda bildirilir.
“Xarici aktivlərə nəzarət ofisi 31 CFR qaydalarının İran sazişləri və sanksiyalarına dair 560 bəndinə müvafiq olaraq İrana tibbi ləvazimatın və tibbi avadanlığın ixracına icazə verir”, - sənəddə deyilir.
Dərc olunmuş məlumata bundan əvvəl ABŞ-dan ixracına qadağa qoyulmuş tibbi məhsulların siyahısı əlavə edilib.
İran və beynəlxalq “altılıq” iyulun ortasında İran nüvəsinə dair uzun illər sürən problemin tənzimlənməsi üzrə tarixi razılıq əldə ediblər.
Uzun sürən danışıqlar, daha öncə BMT, ABŞ və Avropa İttifaqı tərəfindən İrana qarşı tətbiq edilmiş maliyyə və iqtisadi sanksiyaların aradan qaldırılması müqabilində həyata keçiriləcək geniş fəaliyyət planının qəbul edilməsi ilə nəticələnib.