Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

ABŞ ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi
Pentaqon ABŞ-nin Yaxın Şərqdəki bazalarında qoşunları yüksək hazırlıq vəziyyətinə gətirib.
Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" yazıb.
Məlumata görə, Birləşmiş Ştatlar BƏƏ, İordaniya və Səudiyyə Ərəbistanındakı hərbi bazalarda qüvvələrini yüksək hazırlıq vəziyyətinə çatdırıb.
Bildirilir ki, bölgədə 40 mindən çox ABŞ əsgəri cəmləşib.
Həmçinin "The New York Times" kəşfiyyat məlumatlarına istinadən qeyd edir ki, İran ABŞ-nin müharibəyə qoşulacağı təqdirdə Yaxın Şərqdəki Amerika bazalarına zərbələr endirmək üçün raket və digər hərbi texnikasını hazırlayıb.
Prezident Donald Tramp ABŞ-nin İrana qarşı hərbi əməliyyata qoşulması və İslam Respublikasının nüvə obyektlərinə zərbə endirməsi imkanlarını nəzərdən keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Məlumata görə, Tramp milli təhlükəsizlik üzrə məsul köməkçiləri ilə görüşdən sonra İranla bağlı qərarlar verə bilər.
Hazırda Pentaqon Yaxın Şərqə əlavə qırıcı təyyarələr göndərir. Bu, xüsusilə "F-16", "F-22" və "F-35" təyyarələridir.