Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ-li qadının dəhşətli cinayəti: "Qışqırıqları həyatımızın sonuna qədər xatırlayacağıq"
ABŞ-nin Miçiqan ştatının Qrand-Rapids şəhərində ağlasığmaz faciə hər kəsi sarsıdıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "ABC News" nəşri məlumat verib.
Məlumata görə, yerli sakin - 46 yaşlı qadın öz evini qəsdən yandırmaqda ittiham olunur, nəticədə onun 12 yaşlı qızı həlak olub. Qız yataq otağını bürüyən alov tələsindən çıxa bilməyib və həyatını itirib.
Polisin məlumatına görə, ana cinayəti soyuqqanlılıqla planlaşdırıb. Evi yandırmazdan əvvəl o, tüstü detektorlarını çıxarıb və evin hər yerinə alışqan uçun olan mayedən töküb.
"Bu, bir ananın üç övladına qarşı törətdiyi dəhşətli dərəcədə qəddar, ağlasığmaz cinayətdir", - deyə polis rəisi Erik Uinstrom bildirib.
Qadının 7 və 10 yaşlarında olan digər iki uşağı isə möcüzə nəticəsində yanğından xilas olublar. Hadisə yerinə gələn yanğınsöndürənlər yanan evdən gələn kömək çığırtılarını eşidiblər. Yanğınsöndürmə xidmətinin rəisi Bred Braun bunu göz yaşları içində ifadə edib.
"Biz bu qışqırıqları həyatımızın sonuna qədər xatırlayacağıq", - deyə o, kədərini dilə gətirib.
Prokuror Kris Bekker bu dəhşətli hərəkətə qadının psixi pozğunluğunun səbəb ola biləcəyini ehtimal edir.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ-də qəzaya uğrayan təyyarənin "qara qutu"sunun tapıldığı bildirilir
- Tramp 30 minə qədər miqrantın Quantanamoda saxlanılması haqqında sərəncam imzalayacaq
- ABŞ tarixində ilk: Şəxsi təyyarə üç dəfə səs baryerini aşdı
- ABŞ sakini yoxa çıxan itini 8 il sonra tapdı
- Pakistanda ata "TikTok"dakı videosuna görə qızını güllələyərək öldürdü
Rəylər