ABŞ iqtisadiyyatı hökumətdə davam edən şatdaun səbəbindən gündəlik 15 milyard dollara qədər pul itirir.
Oxu.Az "Reuters"ə istinadən bildirir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "ABŞ-yə sərmayə yatırın" forumunda çıxışı zamanı məlumat verib.
O bildirib ki, ABŞ iqtisadiyyatına investisiya dalğası dayanıqlıdır və yeni başlayır, lakin federal hökumətin fəaliyyətini dayandırması ciddi maneəyə çevrilir.
"Bizi ləngidən yeganə şey hökumətin işinin dayanmasıdır", - deyə Bessent qeyd edib.
O vurğulayıb ki, şatdaun istehsalın itirilməsi səbəbindən iqtisadiyyata gündə təxminən 15 milyard dollara başa gəlir.
Xatırladaq ki, büdcə layihəsinin Senatla razılaşdırılmaması səbəbindən oktyabrın 1-də ABŞ-də şatdaun tətbiq edilib.