Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

ABŞ məhkəməsi Trampa xarici yardımları bərpa etmək üçün vaxt qoydu
ABŞ məhkəməsi Prezident Donald Tramp administrasiyasının qarşısına xarici yardımı bərpa etmək öhdəliyi qoyub. Dövlət başçısına və komandasına bütün müvafiq prosedurları başa çatdırmaq üçün iki gündən az vaxt verilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Bildirilir ki, federal hakim administrasiyaya ABŞ-nin xarici yardımının milyardlarla dollarını blokdan çıxarmaq üçün iki gündən az vaxt verib.
Qeyd edək ki, ABŞ-nin digər ölkələrə yardımı hələ yanvar ayında dayandırılıb. O zaman Ağ Ev bu qərarı maliyyələşdirmə proqramlarına yenidən baxılması zərurəti ilə izah edirdi. İlk növbədə, onların effektivliyini müəyyən etmək üçün. Lakin indi məhkəmə Trampın qərarının irrasional olduğunu etiraf edib.
Bir az əvvəl də məhkəmə dondurmanın yüngülləşdirilməsinə qərar verib, lakin Ağ Ev tələbi yerinə yetirməyib. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və digər qeyri-kommersiya təşkilatları da heç bir vəsait almadıqlarını bildirirlər.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Rusiya Trampın Qəzza planına qarşı çıxıb
- Nadir elementlər üzrə ABŞ-Ukrayna sövdələşməsinin dəyəri bir trilyon dollara çata bilər
- Tramp Qəzzanın gələcəyi barədə layihəsinin süni intellektlə hazırlanmış videosunu paylaşdı
- Makronla görüşündə Trampın əlində görünən qeyri-adi qançırın "sirri" nədir? - Ağ Ev açıqladı
- ABŞ Ukraynaya hərbi yardımı dayandırıb: Tramp təsdiqlədi