Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ABŞ Moldovada solçu baxışların təbliği üçün 32 milyon dollar ayırıb
ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Moldovada solçu baxışların təbliği üçün 32 milyon dollar xərcləndiyini bildirib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, Ağ Ev rəhbəri bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı qarşısında ölkənin vəziyyəti, daxili və xarici siyasətin prioritetləri barədə çıxışı zamanı danışıb.
"Bu, tamamilə doğrudur, 32 milyon dollar Moldovada solçu baxışların təbliği əməliyyatı üçün xərclənib", - deyə dövlət başçısı bildirib.
ABŞ hökumətinin işini təkmilləşdirmək məqsədilə aparılan araşdırmalar nəticəsində Tramp ABŞ-nin maraqlarına uyğun olmayan digər xərcləri də vurğulayıb. O, Mozambikdə kişilərin sünnətinə 10 milyon dollar, transgender siçanların yaradılmasına 8 milyon dollar və Yaxın Şərqdə ərəbdilli "Sesame Street" proqramına 20 milyon dollar ayrıldığını qeyd edib.