ABŞ Müdafiə Nazirliyi narkotik kartelləri ilə mübarizə məqsədilə Latın Amerikası yaxınlığındakı dəniz akvatoriyasına 4 minə yaxın dəniz piyadası göndərir.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, "İvodzima" amfibiya desant qrupu və 22-ci Dəniz Ekspedisiya Bölməsi ABŞ Cənub Komandanlığının məsuliyyət zonasına - Mərkəzi və Cənubi Amerika, həmçinin Karib hövzəsinə göndərilir.
Onlar böhrana qarşı birgə cavab qüvvəsi kimi fəaliyyət göstərəcəklər.