"Alaska Airlines" regional törəmə şirkəti "Horizon Air" də daxil olmaqla, bütün uçuşları müvəqqəti olaraq dayandırdıqdan sonra fəaliyyətini bərpa etdiyini açıqlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Kob.com" nəşri məlumat verib.
Məlumata görə, uçuşlarının dayandırılması aviaşirkətin əməliyyat fəaliyyətinə təsir edən İT sistemindəki nasazlıq səbəbindən baş verib.
ABŞ-nin "Alaska Airlines" aviadaşıyıcısı naməlum səbəbdən bütün uçuşları dayandırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The New York Times" (NYT) ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) istinadən məlumat verib.
"Alyaska Hava Yolları" bütün təyyarə parkının fəaliyyətinin dayandırılması üçün müraciət edib", - deyə məlumatda bildirilib.
Nəşrin müəllifləri bu qərarın səbəblərini açıqlamırlar.
Uçuşların dayandırılması "Alaska Airlines" brendi altında uçan 200-dən çox təyyarəyə təsir edəcək, lakin bu, aviaşirkətin törəmə brendləri altında uçan təyyarələrə şamil edilmir.