Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ABŞ-nin dövlət borcu iki gündə rekord həddə artdı
Maliyyə ilinə keçid zamanı ABŞ-nin dövlət borcu rekord həddə - 347.6 milyard dollar artıb.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" ABŞ Maliyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
ABŞ-nin maliyyə ili oktyabrın 1-dən sentyabrın 30-dək davam edir. Köhnə maliyyə ilinin son günündə məlum olub ki, dövlətin borcu 143.3 milyard dollar, oktyabrın 1-də isə daha 204.3 milyard artıb. ABŞ borcunun ümumi məbləği rekord həddə - 35.67 trilyon dollara çatıb.
Maliyyə Nazirliyi, həmçinin borcun kəskin artdığı əsas maddələri açıqlayıb: dövlət idarələri qarşısında öhdəliklər - 243.8 milyard, fiziki şəxslər, biznes və dünyanın qalan hissəsi qarşısında öhdəliklər - 103.8 milyard.
Rəylər