Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ABŞ-nin dövlət katibi Kanadada qeyri-adi şəkildə qarşılandı
Kanadaya səfərə gedən ABŞ-nin dövlət katibi Marko Rubio qeyri-adi şəkildə qarşılanıb.
Bu barədə Oxu.Az "The Mirror" nəşrinə istinadla xəbər verir.
Belə ki, onun təyyarə trapının qarşısında sərilən qısa qırmızı xalı asfaltdakı gölməçəni örtməyib.
Jurnalistlər yazırlar ki, ehtiramla qəbulu simvolizə edən qırmızı xalı qəsdən qısaldılıb. Şəkildən görünür ki, xalı təyyarə trapının sonuna çatmır və gölməçənin üstünü açıq qoyur.
Nəşr qeyd edir ki, bu addım Vaşinqton və Ottava arasında bir sıra beynəlxalq məsələlər üzrə fikir ayrılıqları səbəbindən yaranan indiki gərginliyi əks etdirə bilər.
Xatırladaq ki, martın 11-də ABŞ lideri Donald Tramp Kanadaya qarşılıqlı ticarət rüsumları məsələsini tam həll etmək üçün ABŞ-nin 51-ci ştatı olmağı təklif edib.
"Marko Rubio" teqi üzrə xəbərlər
- Rubio CAR səfirini arzuolunmaz şəxs elan etdi: "O, Trampa nifrət edir"
- ABŞ dövlət katibi Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
- Rubio Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndələrinin görüşü barədə: "Zelenski olmayacaq"
- ABŞ dövlət katibi Marko Rubio homoseksualdır? - Müavinindən İDDİA
- Marko Rubio: "Ukrayna istənilən razılaşmada ərazi güzəştinə getməli olacaq"