Altıncı nəsil "F-47"lər döyüş tapşırığını yerinə yetirərkən qırıcını yüzlərlə PUA müşayiət edəcək.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
"F-47" nəhəng imkanlara malik qırıcıdır və onu yüzlərlə dron müşayiət edəcək. Bu, çox gözəl silahdır", - deyə D.Tramp vurğulayıb.
Eyni zamanda, Donald Tramp ABŞ-nin 47-ci prezidenti olmasına eyham vuraraq qırıcının "F-47" adlandırılmasından çox məmnun olduğunu bildirib.
ABŞ-nin "F-47" qırıcılarını yüzlərlə dron müşahidə edəcək