ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FTB) 46 yaşlı rəhbəri Keş Patel və erməniəsilli 27 yaşlı amerikalı kantri-musiqi ifaçısı Aleksis Uilkins evləndiklərini açıqlayıblar.
Oxu.Az-ın məlumatına görə, müğənni sosial media hesabında nişan üzüyünün nümayiş olunduğu birgə fotolarını paylaşaraq, "Biz bunu rəsmiləşdirdik" şərhini əlavə edib.
Patel isə həmin paylaşıma ürək və üzük emojiləri qoyaraq öz reaksiyasını bildirib.
Cütlüyün münasibətləri 2023-cü ilin yanvarında başlayıb. Onların arasında 18 yaş fərqi var.
Qeyd edək ki, Uilkins erməni köklərinə sahib olması barədə Keti Millerin podkastında məlumat vermişdi.