İranın cənubunda yerləşən Mahşəhr bölgəsinə ABŞ tərəfindən endirilən bugünkü zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir hərbçisi ölüb.
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə SEPAH açıqlama yayıb. Bildirilib ki, hərbi qulluqçu bu gün səhər pilotsuz uçuş aparatlarının hücumunun qarşısını alarkən həlak olub. Onun qəlpə yarası alaraq həyatını itirdiyi qeyd olunur.
Qeyd edək ki, bu hadisə ABŞ-nin İranın cənubundakı hərbi obyektlərə 8 iyunda həyata keçirilən hücumları zamanı SEPAH üzvünün həlak olması ilə bağlı rəsmən təsdiqini tapmış ilk haldır.