ABŞ qüvvələrinin İranın Sirik şəhərində keçirilən toy mərasiminə endirdiyi zərbə nəticəsində ən azı 5 nəfər həyatını itirib, daha 68 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Fars" informasiya agentliyi məlumat yayıb.
Qeyd olunur ki, xəsarət alanlar arasında çoxlu sayda azyaşlı var.
Yaralılar dərhal Sirik və Minab şəhərlərindəki tibb müəssisələrinə təxliyə ediliblər.
ABŞ-nin İranın Sirik şəhərində toy mərasiminin keçirildiyi yerə endirdiyi zərbə nəticəsində dörd nəfər həlak olub, daha 50 nəfər isə xəsarət alıb.
Oxu.Az SNN-ə istinadən xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Muxtar Salahşur və Hörmüzgan əyalətinin başçısının müavini Əhməd Nəfisi məlumat veriblər.
Bildirilir ki, bəzi yaralıların vəziyyətini nəzərə alındıqda, həlak olanların sayının artması ehtimalı var.
ABŞ-nin İranın cənubuna endirdiyi zərbələr nəticəsində Sirik şəhərində toy mərasiminin azı iki iştirakçısı həlak olub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Hörmüzgan əyalətinin başçısının müavini Əhməd Nəfisi məlumat verib.
"Sirikə hücum zamanı, təəssüf ki, toy mərasiminin keçirildiyi yaşayış binası zərbəyə məruz qalıb. Bu insident nəticəsində iki nəfər həlak olub, orada iştirak edən çoxlu sayda insan isə xəsarət alıb", - deyə o, İran dövlət televiziyasının efirində bildirib.
Xatırladaq ki, daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir sıra zərbələrin endirildiyini xəbər vermişdi.