Ağ Ev "Şrek" cizgi filmindən bir parçadan və "Smash Mouth" qrupunun "All Star" mahnısından istifadə edərək ABŞ-nin İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) işinə dair videoçarx hazırlayıb.
Oxu.Az xəbər verir ki, material Ağ Evin "TikTok" sosial şəbəkəsindəki səhifəsində paylaşılıb.
Videonun əvvəlində cizgi filminin əsas personajı - "Şrek" adlı bir div komasından çıxır və "Mənim bataqlığımda nə axtarırsınız?" deyə soruşur.
ABŞ hökumətinin sosial şəbəkə hesabında yerləşdirilən videonun başlığında isə qeyd edilir:
"Cinayətkarlara ABŞ-də yer yoxdur".