ABŞ qırıcıları Ohayo ştatının Cenevrə şəhəri üzərindəki qadağan olunmuş hava məkanına daxil olan təyyarəni ələ keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) "X" sosial şəbəkəsindəki rəsmi hesabında yayımlanan məlumatda bildirilir:
"Bu gün NORAD-a məxsus F-16 qırıcıları Ohayo ştatının Cenevrə şəhəri üzərindəki müvəqqəti uçuş məhdudiyyətlərini pozan ümumi təyinatlı aviasiya təyyarəsinin qarşısını alıb".
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp həmin ərazidə olub.
Məlumata əsasən, qaydaları pozan hava gəmisi qadağa tətbiq edilən ərazidən təhlükəsiz şəkildə kənarlaşdırılıb.