Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ABŞ-nin sanksiyaları səbəbindən Rusiyada üç xidmət fəaliyyətini dayandırdı
Onlayn veb-sayt qurucusu "Wix", interaktiv lövhə "Miro" və onlayn əməkdaşlıq platforması "Coda" 12 sentyabr tarixindən etibarən Rusiyada fəaliyyətlərini dayandırıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə şirkətlərin veb-saytlarında məlumat verilib.
Son iki xidmət həmçinin Belarusdan da çıxıb. "Wix" qeyd edib ki, hesab bloklandıqdan sonra istifadəçiyə məxsus heç bir sayt dərc olunmayacaq və baxış üçün əlçatmaz olacaq.
"Miro"da bildirilib ki, şirkət Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarının bütün normativ aktlarına, o cümlədən sanksiyalara və digər ticarət normalarına riayət etməlidir.
Onlayn birgə iş üçün məkanı olan "Coda" da sanksiyalara riayət etmək məqsədilə fəaliyyətini dayandıracağını bildirib.
Həmçinin məlum olub ki, marketinq üçün proqram təminatı tərtibatçısı "Hubspot" və tapşırıq idarəetmə platforması "ClickUp" Rusiya ərazisində öz xidmətlərinə girişi bloklayacaq.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ sakini 40 illik uğursuzluqdan sonra lotereyada milyonlar uddu
- Donald Tramp Kamala Harrisin ərini işdən çıxarıb
- Trampın 100 günü də tamam oldu, amma müharibə bitmədi ki, bitmədi
- Məşhur UFC döyüşçüsü Sedrik Dyüma ABŞ-də həbs olundu
- Dmitri Peskov: "Münaqişənin həllinə ABŞ yox, Ukrayna ilə nail olmaq lazımdır"