Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ABŞ-nin üç keçmiş prezidenti Trampın andiçmə ziyafətində iştirak etməyəcək
ABŞ-nin keçmiş liderləri - 42-ci prezident Bill Klinton, 43-cü prezident kiçik Corc Buş və 44-cü prezident Barak Obama yanvarın 20-də Donald Trampın andiçməsi ilə bağlı təşkil olunan nahar yeməyində iştirak etməyəcəklər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "NBC" teleşirkəti mənbələrə istinadən məlumat verib.
Məlumata görə, Obama və Klinton artıq nahar yeməyinə dəvət alıblar, lakin iştirak etməyi planlaşdırmırlar. Keçmiş birinci xanım və keçmiş dövlət katibi Hillari Klintona da dəvət göndərilib, lakin o da eyni şəkildə tədbirə qatılmaqdan imtina edib. Kiçik Buşun nümayəndələri isə onun dəvət alıb-almadığından xəbərsiz olduqlarını bildiriblər.
Bununla belə, hər üç keçmiş prezident Trampın yanvarın 20-də andiçmə mərasimində iştirak edəcək. Adətən yeni dövlət başçısının andiçmə mərasimində çıxışından sonra səlahiyyət müddəti başa çatan prezident Vaşinqtonu tərk edir. Yeni prezident isə sələfi ilə vidalaşdıqdan sonra andiçmə ilə bağlı nahar yeməyinin təşkil olunduğu Kapitoliyə qayıdır, hansı ki, bu ənənənin əsası 1953-cü ildə ABŞ-nin 34-cü prezidenti Duayt Eyzenhauer tərəfindən qoyulub.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Bakı sakinləri Rusiya-Ukrayna müharibəsinin gedişatı ilə bağlı nə düşünürlər?
- Tramp: "Həftəsonu Ukrayna nizamlanmasında böyük irəliləyiş əldə edilib"
- 60 amerikalı Azərbaycana qarşı HƏRƏKƏTƏ KEÇDİ: "Bakıya hücum" əmri verənlər İFŞA EDİLDİLƏR
- Tramp Zelenskiyə hədə-qorxu gəldi
- Taxıl sazişi üzrə görüşün mümkün yeri məlum olub