ABŞ-nin Ukraynanın nizamlanmasına dair təklifləri Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını nəzərdə tutur.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, Ağ Ev Parisdə Böyük Britaniya, ABŞ, Ukrayna və Fransa nümayəndələrinin iştirak etdiyi görüşdə müvafiq planı təqdim edib.
Həmçinin ABŞ-nin Parisdəki müttəfiqlərinə təqdim etdiyi təkliflər arasında Ukraynanın NATO-ya üzvlüyü məsələsini müzakirə etməkdən imtina da var.
Bildirilir ki, Vaşinqtonun təklifləri o deməkdir ki, Rusiyanın tutduğu bütün ərazilər onun nəzarətində qalacaq.