Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

ABŞ-nin vitse-prezidenti: "Tramp İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək"
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib.
"Trampın siyasəti tamamilə açıqdır: biz, xüsusən də İranda nüvə silahının yayılmasına dözümlülük göstərə bilmərik. Bu, indiki administrasiyanın siyasəti olacaq. Eyni siyasət Vaşinqtonun keçmişdəki rəhbərliyi, o cümlədən birinci Tramp administrasiyası dövründə də tətbiq edilib", - Vens qeyd edib.
Xatırladaq ki, daha əvvəl Rusiyanın İranın nüvə proqramı ilə bağlı məsələlərdə Tehranla təmasda Tramp administrasiyasına kömək etməyə razılaşdığı bildirilmişdi.