Boliviya prezidenti Evo Morales hesab edir ki, ABŞ hakimiyyəti dünya və onun çoxqütblülüyü üçün təhlükəyə çevrilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, o, bu bəyanatla çərşənbə axşamı BMT Baş Assambleyasının ümumsiyasi müzakirələri çərçivəsində çıxış edib.
"Aydındır ki, Yer kürəsi, çoxqütblülük, sülh və azadlıq üçün əsas təhlükə ABŞ rəhbərliyidir", - deyə Morales KXDR-in nüvə proqramı ilə bağlı vəziyyəti şərh edərkən bildirib.
O, məsələnin hərbi yolla həllindən imtina etməyi və problemin dinc yolla həlli variantlarını tapmağı tələb edib.
N.O.