"ABŞ Prezidenti Donald Tramp Rusiya neftini alan ölkələrə Senatın razılığı olmadan 500%-lik rüsumlar tətbiq edə bilər".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox Business" telekanalına müsahibəsində bildirib.
"Tramp bunu IEEPA ((International Emergency Economic Powers Act, Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı) çərçivəsində edə bilər, lakin Senat ona bu səlahiyyətləri rəsmən vermək istəyir", - deyə o qeyd edib.
Bessent Çini Rusiya neftinin əsas idxalçılarından biri adlandırıb. Çin üçün digər yanacaq mənbəyi İrandır, əvvəllər bu siyahıya Venesuela da daxil idi.