ABŞ sahillərində 5.2 bal gücündə zəlzələ baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin Geoloji Xidmətindən məlumat verilib.
Məlumata görə, yeraltı təkanlar mayın 23-də yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə 5:30) qeydə alınıb. Zəlzələnin episentri 1000 nəfərə yaxın əhalisi olan Akutan şəhərindən 121 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.