Kolumbiyadakı paytaxtı Boqotada təşkil olunan etiraz aksiyası zamanı ABŞ səfirliyinə hücum olunub.
Oxu.Az Aif.ru-ya istinadən xəbər verir ki, insident zamanı dörd polis xəsarət alıb.
Etirazçı qüvvələr partlayıcı və yandırıcı maddələrdən istifadə edib, həmçinin asayiş keşikçilərinə ox atıblar.
Toqquşmaların diplomatik nümayəndəliyin binası yaxınlığında baş verdiyini bildirib.
"İştirakçılardan bəziləri maska taxıb, yay, partlayıcı və "Molotov kokteyli" istifadə ediblər. Nəticədə dörd polis əməkdaşı üz, qol və ayaqlarından yaralanıb", - deyə məlumatda bildirilib.