Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
ABŞ Suriyanı sarsıdıcı zərbə ilə hədələdi
ABŞ Suriyanı sarsıdıcı zərbə ilə hədələyib.
Oxu.Az xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bəyan edib ki, əgər Əsəd hökuməti yenidən kimyəvi silahdan istifadə etsə, ABŞ və tərəfdaşlarından daha güclü cavab alacaq:
“Onu deyə bilərəm ki, biz britaniyalı və fransalı tərəfdaşlarımızla məsləhətləşmələr aparırıq. Onlar da bizimlə razılaşdılar ki, kimyəvi silahdan daha bir istifadə daha güclü cavabla nəticələnəcək”.
Qeyd edək ki, ABŞ-ın “The Wall Street Journal” nəşri kəşfiyyatın Əsəd ordusuna İdlib əyalətində əməliyyat zamanı xlordan istifadə etmək icazəsinin verildiyi barədə məlumat əldə etdiyini yazıb.
Rəylər