Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ABŞ təkcə Krımı deyil, digər əraziləri də Rusiyanın tərkibində tanımaq istəyir - SİYAHI
ABŞ-nin Ukrayna münaqişəsinin həlli planı təkcə Krımın deyil, həm də Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin ərazilərinin tanınmasını nəzərdə tutur.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə CNN televiziya kanalı məlumat verir.
"Planla tanış olan rəsmilərin sözlərinə görə, ABŞ-nin döyüş əməliyyatlarının dayandırılması barədə yekun planı Vaşinqtonun Rusiyanın Krım üzərində nəzarətini tanımasını və Rusiyaya əlavə Ukrayna ərazilərinin (2022-ci ildən Rusiya ilə birləşən - red.) verilməsini əhatə edir", - deyə telekanalın məlumatında deyilir.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində Ukraynanın itirilmiş bütün ərazilərinin qaytarılması fikrini gülünc hesab etdiyi barədə yazmışdı.
Eyni zamanda, "Politico" qəzeti münaqişənin həlli üzrə sülh sazişi nəticəsində Ukraynanın parçalanacağını və Kiyevin təhlükəsizlik zəmanətləri olmayacağını yazmışdı.
"Rusiya-Ukrayna münaqişəsi" teqi üzrə xəbərlər
- ABŞ vitse-prezidenti: "Ukrayna münaqişəsində mövqeyimizi dəyişə bilərik"
- Putindən Trampla söhbətdən sonra ilk AÇIQLAMA
- Zaxarova: "Rusiya Ukrayna ilə aparılan danışıqlarda Putinin mövqeyinə dəqiq şəkildə riayət edir"
- "Amnesty İnternational" Rusiyada arzuolunmaz təşkilatların siyahısına daxil edilib
- Rusiya ordusu Donetsk vilayətində Novoolenovka kəndinə nəzarəti ələ keçirib