Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ Türkiyəni “F-35”lərdən məhrum edə bilər
Türkiyənin Rusiyadan “Su-57” qırıcısı kimi yüksək texnologiyalı hərbi texnika almaq planı, bu ölkənin beşinci nəsil “F35” qırıcıları layihəsində gələcək iştirakını sual altına alır.
Oxu.Az xəbər verir ki, bunu ABŞ dövlət katibinin köməkçisi Uess Mitçel bildirib.
“F-35-ə gəlincə... onlar Rusiyanın yüksək texnologiyalı silahlarına doğru səmt tutsalar, bu bilavasitə onların ABŞ hərbi layihələrində iştirakına təsir göstərəcək”, -deyə sözçü “Heritage” fondunda etdiyi çıxışda bildirib.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu, ABŞ-ın razılaşmada göstərilən müddətdə Ankaraya “F-35” qırıcı-bombardmançılarını təhvil verməyəcəyi təqdirdə, Türkiyənin alternativ olaraq rusiya qırıcılarının tədarükünü nəzərdən keçirəcəyini bildirmişdi.
F.M.
www.oxu.az
"Türkiyə" teqi üzrə xəbərlər
- "Haber Global"da ABŞ rəsmilərinin PKK/YPG ilə bağlı ziddiyyətli mövqeyi təhlil edilib
- İstanbul boğazında balıqçı qayıqdan dənizə yıxıldı: Son anda xilas edildi
- İstanbul-Kazan səhər reysləri müvəqqəti olaraq dayandırılır
- Türkiyədə qadın avtobusu idarə edən ərinə bıçaqla hücum edib
- "Haber Global"da Əsma Əsədin Britaniya kəşfiyyatı ilə gizli münasibətləri müzakirə edilib
Rəylər