Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ Türkiyəni seçim qarşısında qoydu
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Vess Mitçell xəbərdarlıq edib ki, Ankara Rusiyadan S-400 zenit-raket kompleksi alsa, Türkiyəyə F-35 döyüş təyyarələrinin verilməsi ilə bağlı saziş təhlükə altında qalacaq.
Oxu.Az xəbər verir ki, o, bunun Donald Tramp tərəfindən 2017-cü il avqustun 2-də imzalanmış düşmənə sanksiyaların köməyilə müqavimət göstərmək haqqında qanunun pozulması kimi qeydə alınacağını bildirib.
“Türkiyənin Rusiya istehsalı S-400 komplekslərini alması Ankara ilə bağlanmış və F-35 qırıcılarının satışını nəzərdə tutan razılaşmanı təhlükə altına qoyacaq”, - ABŞ senatında çıxış edən Mitçell deyib.
O, Türkiyə həbsxanalarında saxlanılan ABŞ vətəndaşları haqqında da fikirlərini bölüşüb.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Tramp cinayət keçmişi ilə vəzifəyə gələn ilk ABŞ prezidenti olacaq
- Tramp Putinin onunla görüşmək istədiyini bildirib
- "Google" Trampın andiçmə mərasiminə 1 milyon dollar ianə edib
- "Haber Global"da Trampın Kanada, Panama və Qrenlandiya ilə bağlı iddiaları müzakirə edilib
- Trampın Kanadanı ABŞ-yə qatmaq istəyi: "Make America Great Again" hədəfi
Rəylər