Türkiyə Rusiya və Qərb arasında seçim etməlidir.
Oxu.Az-ın “Bloomberg” agentliyinə istinadən məlumatına görə, bu barədə Con Makkeyni əvəzləyən ABŞ Senatının Silahlı Qüvvələr üzrə Komitəsinin yeni rəhbəri Ceyms İnhof bəyan edib.
“Əgər Türkiyə F-35 proqramında qalmaq istəyirsə, rəsmi Ankara Rusiyanın S-400 sistemlərindən imtina etməlidir”, - İnhof Pentaqonun ABŞ Konqresi üçün təqdim etdiyi hesabatı şərh edərkən deyib.
O həmçinin əlavə edib, Türkiyə ABŞ-ın NATO çərçivəsində vacib tərəfdaşıdır, lakin, o, bu statusa uyğun hərəkət etməlidir.
“Türkiyə Rusiya və Qərb arasında seçməlidir. Əgər Ankara S-400 sistemlərinin tədarükü prosesini davam etdirsə, onu ciddi nəticələr gözləyir”, - senator qeyd edib.
Oxu.Az yeniləndi!