Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ Ukraynaya 425 milyon dollarlıq hərbi yardım paketi ayırıb
ABŞ Prezidenti Co Bayden Ukraynaya ümumi dəyəri 425 milyon dollar olan yeni silah paketinin ayrıldığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin ABŞ lideri ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutmuş söhbətdən sonra verdiyi bəyanatda deyilir.
"Bu gün prezident Ukraynaya 425 milyon dollarlıq hərbi yardım paketi elan edib. Bu paketə əlavə hava hücumundan müdafiə vasitələri, zirehli maşınlar və Ukraynanın təcili ehtiyaclarını ödəmək üçün lazım olan kritik sursatlar daxildir", - Ağ Evdən bildirilib.
ABŞ administrasiyası, həmçinin noyabrda videokonfrans formatında dövlət və hökumət başçıları səviyyəsində Ukraynaya silah tədarükünün koordinasiyası üzrə təmas qrupunun görüşünün keçiriləcəyini açıqlayıb.
"Ukraynaya yardım paketi" teqi üzrə xəbərlər
- ABŞ-də FTB rəhbəri vəzifəsinə namizəd Keş Patel Zelenskinin fəaliyyətini araşdırmağı planlaşdırır
- Bayden administrasiyasından Kiyevlə bağlı sonuncu qərar
- Avropa Komissiyası Ukraynaya 4 milyard avrodan çox vəsait ayıracaq
- ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırır
- Dörd ölkənin liderləri Ukraynaya yardımın artırılmasını müzakirə ediblər
Rəylər