ABŞ 2027-ci ildə UNESCO-dan çıxacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.
Müvafiq məlumat qurumun saytında dərc olunub.
"UNESCO-dan çıxmaq 2026-cı il dekabrın 31-də baş tutacaq", - deyə məlumatda bildirilib.
Dövlət Departamenti izah edib ki, qərar UNESCO-nun "parçalayıcı mədəni və sosial məqsədlərə" dəstəyi ilə bağlıdır. Həmçinin əlavə edilib ki, "Fələstini üzv dövlət kimi qəbul etmək qərarı son dərəcə problemlidir, ABŞ-nin siyasətinə ziddir və təşkilatda anti-İsrail ritorikasının yayılmasına töhfə verir".
Prezident Donald Tramp ABŞ-ni UNESCO-dan çıxarmaq qərarına gəlib, çünki təşkilat "ölkənin maraqlarına uyğun gəlməyən təşəbbüsləri dəstəkləyir".
Oxu.Az "New York Post" qəzetinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib.
"Prezident Tramp ABŞ-ni amerikalıların noyabrda səs verdiyi ağıllı siyasətə tamamilə zidd olan, fikir ayrılıqlarına səbəb olan mədəni və sosial təşəbbüsləri dəstəkləyən UNESCO-dan çıxarmaq qərarına gəlib", - Kelli bildirib.