ABŞ və Avropa İttifaqı “Əsrin sazişi”ni hazırlayırlar. Dünya ÜDM-in təxminən yarısı payına düşən bu iki iqtisadiyyat Transatlantik ticarət və investisiya partnyorluğu haqqında saziş bağlayaraq bazarlarını azad ticarət zonasında birləşdirmək istəyirlər. Bu istehsalçılara və çatdırılma ilə məşğul olanlara rüsumsuz şəkildə Atlantikanın hər iki tərəfində 800 milyondan çox əhali ilə azad ticarət etmək imkanı verəcək.
Oxu.Az Bigmir.net-ə istinadən xəbər verir ki, bu barədə “Korrespondent” jurnalı yazıb (2014, 16 may, №19).
“İki iri iqtisadiyyat arasında bağlanan saziş köklü şəkildə bütün oyunun qaydalarını dəyişəcək. Birlikdə dünyada azad ticarət zonasını formalaşdıracağıq. Bu saziş yalnız bizim ikitərəfli münasibətlərimiz üçün deyil, ümumilikdə qlobal inkişaf üçün etalon olacaq”, - ticarət üzrə avrokomissar Karel Guxt bəyan edib.
Transatlantik sazişinin imzalanmasının əsas nəticələrindən biri Amerika şirkətləri üçün Avropaya qaz satmaq imkanıdır.
Müqavilə iqtisadiyyatın digər sahələrində də lazımınca xeyir gətirəcək.
Hal-hazırda ABŞ və Aİ arasında mal və xidmətlər dövriyyəsi günə 2 milyard avroya bərabərdir. Bu prosesdə okeanın hər iki tayında daima 15 milyon adam məşğuldur.
Rəsmi proqnozlara əsasən Transatlantik müqaviləsinin bağlanması nəticəsində Amerika iqtisadiyyatı ildə 90 milyard avro, Avropa iqtisadiyyatı isə 120 milyard əldə edəcək. Bundan başqa, ABŞ və Aİ iş yerlərinin – 750 min və 40 min müvafiq olaraq artacağı gözlənilir.
“Sazişin nəticəsi əsasən xidmət sahəsində ticarət və investisiyanın artması deməkdir. Hər ikisi dəyişkəndir – ticarət və investisiya – inkişaf və rifahın hərəkətverici qüvvələridir “, - Kvinlan əmindir.
Hesab edilir ki, sazişin imzalanması nəticəsində istehlakçı bəhrələnəcək: bir neçə mal və xidmət növünün qiyməti enəcək, istifadə və müxtəlifliyi artacaq. Bundan başqa, bu ABŞ və Avropada iqtisadiyyatın inkişafına gətirib çıxaracaq.