21-23 may 2014-cü il tarixlərində Almaniyanın Leypsiq şəhərində, Fransanın sədrliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun (İTF) növbəti İllik Sammiti keçiriləcək.
“Dəyişən dünya üçün nəqliyyat” mövzusuna həsr edilmiş Forumda üzv ölkələrin nəqliyyat nazirləri, hökumət nümayəndələri, iş adamları, beynəlxalq təşkilatların nümayəndələri, elm adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycanın Nəqliyyat Nazirliyini Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Forumda yüksək keyfiyyətli nəqliyyat şəbəkələri, nəqliyyatın ətraf mühit və sağlamlığa təsiri, demoqrafik tendensiyalar, yeni informasiya və kommunikasiya texnologiyalarının yaradılması məsələləri və digər mövzuların müzakirə edilməsi planlaşdırılır.
Gülnarə Zeynalova
www.oxu.az