Azərbaycanda cari ilin yanvar-aprel aylarında ümumi xarici ticarət dövriyyəsi 9,89 milyard ABŞ dolları təşkil edib.
Oxu.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, bu sahədə Azərbaycanın əsas partnyorları onluğuna bu ölkələr daxil olub: İtaliya – 19,28 % (1,91 milyard ABŞ dolları), İndoneziya – 9,66% (0,96 milyard ABŞ dolları), Almaniya – 8,79% (0,87 milyard ABŞ dolları), Rusiya – 5,91% (0,58 milyard ABŞ dolları), Fransa – 5,43% (0,54 milyard ABŞ dolları), Türkiyə – 5,39% (0,53 milyard ABŞ dolları), İsrail – 5,23% (0,52 milyard ABŞ dolları), Amerika Birləşmiş Ştatları – 4,81% (0,48 milyard ABŞ dolları), Tayvan – 4,39% (0,43 milyard dolları), Tailand – 2,36% (0,24 milyard ABŞ dolları).
DGK-nın məlumatına görə, cari ilin yanvar-aprel aylarında ixrac 7,16 milyard ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycandan əsasən bu üç ölkəyə mallar və məhsullar ixrac edilir: İtaliya – 25,84% (1,85 milyard ABŞ dolları), İndoneziya – 13,17% (0,94 milyard ABŞ dolları), Almaniya – 9,12% (0,65 milyard ABŞ dolları).
DGK-nın məlumatına görə, cari ilin ilk dörd ayı ərzində idxal 2,73 milyard ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycana əsasən bu üç ölkədən mallar və məhsullar gətirilir: Rusiya – 15,10% (0,41 milyard ABŞ dolları), Türkiyə – 14,01% (0,38 milyard ABŞ dolları), Amerika Birləşmiş Ştatları – 9,80% (0,27 milyard ABŞ dolları).
Gülnarə Zeynalova
www.oxu.az