"ABŞ və Çin arasında artan ticarət gərginliyi ikitərəfli ticarətin həcminin kəskin surətdə azalması riski yaradır".
Oxu.Az xəbər verir ki, bu barədə Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonco-İvealanın təşkilatın saytında dərc edilmiş bəyanatında deyilir.
Onun sözlərinə əsasən, ilkin proqnozlara görə, rüsumlar səbəbindən Çin və ABŞ arasında ticarət dövriyyəsi 80 faiz azala bilər.