ABŞ və Hindistan müdafiə sahəsində əməkdaşlıq haqqında çərçivə sazişi imzalayıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə Pentaqonun rəhbəri Pit Heqset "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Mən indicə Hindistanın müdafiə naziri Racnath Sinqh ilə ABŞ və Hindistan arasında müdafiə sahəsində 10 illik əməkdaşlıq haqqında çərçivə sazişini imzalamaq üçün görüşdüm. Bu, regional sabitliyin və çəkindirmənin təməl daşı olan müdafiə tərəfdaşlığımızı gücləndirir. Biz koordinasiyanı, məlumat mübadiləsini və texniki əməkdaşlığı təkmilləşdiririk. Müdafiə əlaqələrimiz heç vaxt indiki kimi güclü olmayıb", - deyə o qeyd edib.
I just met with @rajnathsingh to sign a 10-year U.S.-India Defense Framework.
— Secretary of War Pete Hegseth (@SecWar) October 31, 2025
This advances our defense partnership, a cornerstone for regional stability and deterrence.
We're enhancing our coordination, info sharing, and tech cooperation. Our defense ties have never been… pic.twitter.com/hPmkZdMDv2