ABŞ və İran arasındakı qarşıdurma yaxın vaxtlarda yeni mərhələyə keçəcək.
Oxu.Az "Nyu-York Post"a istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Di Vens belə bir proqnozla çıxış edib.
"Gələcəyi əvvəlcədən görmək mümkün deyil, lakin hesab edirəm ki, bir neçə aydan sonra hər şeyin tamamilə fərqli bir fazaya keçəcəyini deyən prezident haqlıdır", - deyə o bildirib. Vens xüsusilə vurğulayıb ki, İranın nüvə proqramının və ordusunun məhv edilməsi prosesi yekunlaşıb. O, növbəti addım kimi İslam Respublikasının bu sahələrdə yenidən bərpa olunmasının qarşısının alınması üzərində işlərin aparılacağını qeyd edib.