ABŞ, Cənubi Koreya və Yaponiya nümayəndələri Şimali Koreya ilə bağlı məsələlərin müzakirə olunduğu görüş keçiriblər.
Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Qurumdan bildirilib ki, Co Bayden Administrasiyası ölkənin Şimal-Şərqi Asiyadakı əsas tərəfdaşları olan Yaponiya və Cənubi Koreya ilə müttəfiqlik münasibətlərini möhkəmləndirmək niyyətindədir.