Rusiya və ABŞ nümayəndələri Suriyada atəşkəs rejiminin Hələbə də aid olması barədə razılığa gəldilər.
Oxu.Az xəbər verir ki, bu barədə Associated Press nəşrinə Amerika administrasiyasından bildiriblər.
Razılıq mayın 2-də əldə edilib. Qeyd olunur ki, razılıq barədə rəsmi açıqlama sonra veriləcək.