SOCAR-AQŞ 20 saylı stasionar dəniz özülündən layihə dərinliyi 740 m olan 26 saylı quyuda qazma işlərinə başlayıb.
Bu barədə şirkətdən Oxu.Az-a bildirilib.
“26 saylı quyunun Qırmaki Dəstə-3 (QD-3) horizontuna qazılması planlaşdırılır.Quyu layihə horizontuna horizontal qazılmaqla açıq lüləyə yüksək keyfiyyətlərə cavab verən və hasilatı artırmağa imkan verən süzgəclər buraxmaqla tamamlanacaqdır.
Yeni qazılan istismar quyusunun azimutu 320 dərəcə, inhirafı isə 204 m təşkil edir”, - deyə SOCAR-AQŞ-dən bildirilib.
SOCAR-AQŞ qeyd edib ki, quyular Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil veriləcəkdir.
Qeyd edək ki, sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
Xatırladaq ki, SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib.
Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.
Hal-hazırda SOCAR-AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı və ‘’Ümid’’ yatağının 1 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.
Müəssisə, eyni zamanda ‘’Bulla’’ yatağında qazma işlərinin həyata keçirilməsi üçün hazırlıq işlərini davam etdirir.
Ülviyyə R. Əli
www.oxu.az