Berlində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci raundu başa çatıb.
Oxu.Az "5 kanal"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər 20 bənddən ibarət sülh planını müzakirə ediblər. Ukrayna KİV-lərinin bildirdiyinə görə, görüş iki saata yaxın davam edib.
ABŞ nümayəndə heyətinə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni, sahibkar Cared Kuşner daxildir. Ukrayna tərəfini Ukrayna Prezidenti Volodimir Zelenski, Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov təmsil edib.
Berlində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci raundu başlayıb.
Oxu.Az xəbər verir ki, məlumatı "The Guardian" yayıb.
Görüşdə Ukrayna tərəfinə Prezident Volodimir Zelenski, ABŞ təmsilçilərinə Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edirlər.
Məlumata görə, Avropa liderləri daha sonra Kiyevlə həmrəy olduqlarını bildirmək üçün Volodimir Zelenskiyə qoşulacaqlar. Yeddi Avropa liderinin, Avropa İttifaqı və NATO nümayəndələrinin qatılacağı görüş Aİ sammitindən bir neçə gün əvvəl keçiriləcək və burada Ukraynanın dondurulmuş Rusiya aktivləri hesabına maliyyələşdirilməsi məsələsi müzakirə olunacaq.