Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

ABŞ vətəndaşlığının alınması ilə bağlı qaydalar dəyişdirildi
ABŞ Prezidenti Donald Tramp doğum hüququ əsasında ölkə vətəndaşlığının alınmasını məhdudlaşdıran fərman imzalayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə CNN telekanalı xəbərlər bülleteninə istinadən məlumat verib.
Məlumata görə, ABŞ dünyada belə qaydaların qüvvədə olduğu yeganə ölkədir.
Fərman federal qurumlara adətən ABŞ vətəndaşlarına təqdim olunan bəzi sənədləri verməyi qadağan edir.
Fərman qəbul olunduğu tarixdən 30 gün ərzində doğulan uşaqlara valideynləri ABŞ-də qeyri-qanuni olduğu, eləcə də ananın ölkədə müvəqqəti, məsələn, viza əsasında qaldığı və ya atanın ABŞ vətəndaşı olmadığı hallarda şamil ediləcək.
Miqrasiya məsələlərində sərt mövqe tutulmasının bəzi tərəfdarları hesab edirlər ki, qeyri-qanuni mühacirlərin övladları ABŞ yurisdiksiyasına tabe deyillər və konstitusiyaya əsasən vətəndaş hesab edilməməlidirlər.
"Donald Tramp" teqi üzrə xəbərlər
- ABŞ məhkəməsi Trampın transseksuallarla bağlı qərarına qarşı çıxdı: Sərəncamın icrasını dayandırdı
- Tramp Makronu alçaltmaqda ittiham edilir
- Ukrayna barədə sual Ağ Ev rəhbərini təəccübləndirdi
- Maskın Trampın ofisini "bir-birinə qatan" oğlunun anası: "Mən ancaq xahiş edə bilərəm"
- ABŞ silahlarını alanlardan insan hüquqlarına riayət etmək tələbi LƏĞV OLUNDU