Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Acun Ilıcalı həbs oluna bilər
Türkiyənin İstanbul şəhərində qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində iş adamı Acun Ilıcalı və bir sıra digər şəxslər haqqında ittiham aktı hazırlanıb.
Oxu.Az "Haber Global" telekanalına istinadla xəbər verir ki, ittiham aktında TV 8 və EXXEN platformalarında yayımlanan futbol matçları zamanı qanunsuz mərc saytlarının reklam edildiyi iddia olunur.
İstanbul Baş Prokurorluğu bu iddia əsasında A.Ilıcalı da daxil olmaqla, şübhəlilərin bir ildən üç ilə qədər həbs edilməsini tələb edib.
İttiham aktı məhkəməyə təqdim edilib. Məhkəmə aktı qəbul edərsə, Acun Ilıcalı və digər şübhəlilər mühakimə olunacaqlar.
"Acun Ilıcalı" teqi üzrə xəbərlər
- Acun Ilıcalı: "Qalatasaray" rəsmiləri ağlamağa başladılar"
- Acun Ilıcalı və Mauro İkardi yenidən mübahisə etdilər
- Nihat Kahveci Acun Ilıcalını "yazıq" adlandırıb
- Acun Ilıcalının sahibi olduğu klubun oyununa Türkiyə bayrağının buraxılması qadağan edilib
- Acun Ilıcalının klubu baş məşqçisi ilə yolları ayırıb