Kazanda “Admiral” ticarət mərkəzində (TM) baş vermiş yanğınla bağlı istintaq orqanları TM-in icarədarı olan “Zarya” firmasının direktor müavini 49 yaşlı Gülhüseyn Nəcəfovu saxlayıblar.
Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, istintaq komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin deyib ki, Nəcəfova qarşı iki və daha artıq insanın ölümü ilə nəticələnən təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi üzrə cinayət işi qaldırılıb.
Beləliklə, “Admiral” TM-də baş vermiş faciədə adı keçənlərin sayı 12-yə çatıb.
Xatırladaq ki, öncə “Zarya” MMC-nin direktoru Qəhrəman Qəhrəmanov və onun təhlükəsizlik üzrə müavini Nikolay Kaekin, ticarət mərkəzinin binasının sahib olan şirkətin baş direktoru Robert Xayrullin və hadisə günü dam örütüyünü təmir etmiş üç fəhlə həbs olunub.