Oxu.Az-ın suallarına AMEA İnsan Haqları üzrə İnstitutunun elmi əməkdaşı Moisey Bekker cavab verir:
- Yəmən respublikasındakı vəziyyət haqqında nə düşünürsüz?
- Yəmən respublikası on illərdir ki, müxtəlif tayfalar tərəfindən aparılan vətəndaş müharibəsi vəziyyətində yaşayır. Son zamanlar bu vəziyyət Səudiyyə Ərəbistanı və İran İslam Respublikası arasında qarşıdurma nəticəsində daha da kəskinləşib. Səudiyyə monarxiyası yetərli maliyyə və təbii resurslara malik olduğu üçün sünni lider mövqeyini tutur, yəni müsəlman ümmətinin əksər çoxluğu.
İran İslam Respublikası bütün şiələrdən ibarət möhkəm əsas yaratmaq və rəhbərlik etmək istəyir, və yetərli silahlı qüvvəyə sahib olaraq islam dünyasının lideri olmaq istəyir. Yəmən respublikası ayna kimi bu təzadları əks etdirir, belə ki, ölkə demək olar ki, adıçəkilən dini cərəyan arasında ikiyə bölünüb. Bundan başqa, ölkənin şimalı və bir qədər öncül olan cənubu arasında düşmənçilik qalıb. Göstərilən təzadlar regional dövlətlər tərəfindən məharətlə istifadə edilir, onlar heç bir qruplaşmanın üstünlük əldə etməməsinə diqqətlə göz qoyurlar. Hal-hazırda bu tarazlıq “Allah Ansar” şiə qrupunun, müvafiq olaraq İranın xeyrinə pozulub.
- Səudiyyə Ərəbistanı başda olmaqla bir qrup ölkələr Husitlər hərəkatına qarşı çıxdılar. Bu gələcəkdə regionda qüvvələrin yerləşdirilməsində əksini necə tapacaq?
- İran İslam Respublikası artıq şiə ölkələrə və ondan maddi asılı olan ölkələrə rəhbərlik edir. İranın dəstəyi olmadan, “Hizbulla”nın yardımına və “İslam İnqilabı Mühafizəçiləri Korpusu” tərəfindən təchizata arxalanan Bəşər Əsədin rejimi çoxdan siyasi arenadan yox olmuşdu.
Eyni şey İraqın, İslam dövləti ilə süründürücü müharibə aparan şiə hakimiyyətinə də aiddir. Bundan başqa, İranın sünni ərəblərin məskən saldığı Huzestan vilayətində ciddi problemləri var.
Və əgər siz diqqət yetirdinizsə koalisiyaya tam ərəb dövləti olmayan, İranın Sistan-Belucistan sərhəd vilayətinin separatçılarını dəstəkləyən Pakistan da qoşulub. Səudiyyəlilərin baş ağrıları Şərq vilayətindəki şiə əhalisi ilədir, burada krallığın əsas neft və qaz ehtiyatları yerləşir. Ona görə də qüvvələrin yerləşdirilməsi ideoloji və iqtisadi parametrlərə görə yerləşdirilib. Misirin koalisiyaya qoşulması Aden işğal edilərsə, Süveyş kanalına Körfəz ölkələrinə və daha sonra Avropaya neftin nəqli həyata keçirilən Bab əl Mandebsk boğazının husitlər tərəfindən qapadılması təhlükəsi ilə əlaqədardır.
Bundan başqa, İran tərəfindən Ormuz boğazının qapadılması təhlükəsi daim mövcuddur, bu isə fəlakət və ABŞ və NATO-nun digər ölkələrinin iştirakı ilə müharibə təxribatı deməkdir. Bir sözlə, əgər regionun qırmızı xətti keçməsini saxlamaq mümkün olmasa, bütün bunların nə ilə bitəcəyini, Yaxın Şərqdə Kürdistanın mövcudluğu de-faktonun yer aldığı halda hansı ölkənin neçə hissəyə ayrılacağını demək çətindir.
Vəziyyət üsyançıların katoliklərlə münasibət aydınlaşdırdığı 1618-1648-ci illərin otuz illik müharibə ərəfəsindəki Avropanın vəziyyətini xatırladır. Mən hələ bunun neft bazarında necə əks olunacağını demirəm.
- Baş verənlər Cənubi Qafqaz regionuna necə təsir edə bilər?
- Bu halda bütün region üçün konkret nə isə demək çətindir, belə ki, burada yerləşən hər bir ölkənin öz maraqları və müvafiq olaraq münaqişə vəziyyətindən doğan təhlükələri var. Azərbaycan üçün qaçqın axını və bu vəziyyətdən doğan nəticələr problem ola bilər. Qalan hər şeydə böyük müharibədən qaçmağın mümkün olacağna ümid edirik.
F.H
www.oxu.az