Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Afrika ölkəsində dəhşətli qəza: Çox sayda ölən və yaralanan var
Nigeriyada Oco-İvo yolunda 16 nəfərin ölümü və 17 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Qeyd olunub ki, dam örtükləri ilə yüklənmiş qoşqulu yük maşınının əyləcləri sıradan çıxıb və o, digər üç hərəkət iştirakçısı - sərnişin avtobusu, "Honda CR-V" avtomobili və taksi ilə toqquşub.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər gəliblər. Zərərçəkənləri əzilmiş avtomobillərdən çıxarmaq üçün evakuator və digər ağır texnikalardan istifadə etmək lazım gəlib.
"Nigeriya" teqi üzrə xəbərlər
- Nigeriyada çoxmərtəbəli bina uçub: Dağıntılar altında qalanlar var
- Nigeriyada hərbi bazaya silahlı hücum: Çox sayda ölən və yaralanan var
- Nigeriyada neft boru kəmərində güclü partlayış baş verib
- Nigeriyada ağır qəza: Onlarla ölü və yaralı var
- Nigeriyada dini məktəbdə güclü yanğın: Çox sayda şagird ölüb
Ən çox oxunanlar