Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikada 1000-ə yaxın tibb işçisinin koronavirusa yoluxduğunu açıqlayıb.
“Anadolu” agentliyi xəbər verir ki, ÜST-ün Afrika Bürosu bütün səhiyyə işçilərinin təhlükəsiz xidmət göstərmələri üçün qoruyucu vasitələr və materiallarla təmin olunmasının vacibliyini bildirib.
“Twitter”də tibb işçilərinin cəmiyyətin sağlamlığı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan paylaşımda qitədə onların arasında təxminən min nəfərin koronavirusa yoluxduğu qeyd edilib.
Qeyd edək ki, Afrika qitəsində 71 040 nəfər koronavirusa yoluxub, 2 407 nəfər ölüb, 24 937 nəfər isə sağalıb.