Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Afrikadan İsveçə: Meymunçiçəyi virusunun yeni variantı ilə ilk yoluxma təsdiqləndi
Bir neçə Afrika ölkəsində yayılan meymunçiçəyi virusunun daha yoluxucu variantına ilk yoluxma halı İsveçdə qeydə alınıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsveç Xalq Sağlamlığı Təşkilatının baş direktoru vəzifəsini icra edən Olivia Viqzell mətbuat konfransında məlumat verib.
"Bu, Afrika qitəsindən kənarda diaqnoz qoyulan ilk hadisədir. Xəstə virusa Afrikanın böyük epidemiya olduğu bölgələrdən birində yoluxub", - o bildirib.
Zərərçəkmiş Stokholm xəstəxanasına kömək üçün müraciət edib. Həkimlər onun meymunçiçəyi virusunun daha yoluxucu variantına yoluxduğunu təsdiqləyiblər.
"Meymunçiçəyi virusu" teqi üzrə xəbərlər
- Meymunçiçəyinə yoluxan Azərbaycan vətəndaşı evə buraxıldı
- DGK: "Meymunçiçəyinə görə riskli ölkələrdən Azərbaycana gələnlər XÜSUSİ yoxlanılırlar"
- Azərbaycanda meymunçiçəyinə yoluxmuş şəxslə bağlı DETAL: Cinsi münasibət zamanı keçibmiş
- Terapevt meymunçiçəyi virusuna qarşı peyvəndlərdən danışıb
- Meymunçiçəyinə yoluxan Azərbaycan vətəndaşının son vəziyyəti AÇIQLANDI
Ən çox oxunanlar