Ağ ev Aparatının rəhbəri Con Kelli bəyan edib ki, ABŞ prezidenti Donald Tramp ağlını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinin müxbiri Bob Vudvord öz kitabında yazıb:
“İş vaxtı Kelli mütamadı olaraq özünə nəzarəti itirirdi. Habelə həmkarlarına deyirdi ki, Tramp dəli olub. O, axmaqdır. Onu nəyəsə inandırmaq mənasızdır, o, ağlını itirib”.
Rəylər