Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ağ Ev: İranla razılaşma dərhal sanksiyaların aradan qaldırılmasına gətirib çıxarmayacaq
İranın nüvə proqramı ilə bağlı razılaşmanın əldə edilməsi bu ölkəyə qarşı tətbiq edilən sanksiyaların dərhal aradan qaldırılmasına gətirib çıxarmayacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Coş Ernest bəyan edib.
“Hələ ki, razılıq əldə edilməyib, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya İran ilə danışıqları davam etdirir. Razılaşma baş tutsa belə, onun şərtlərinin icra edilməsi və yoxlanılması üçün vaxt tələb olunacaq. İranın razılaşmaya əməl etməsi təsdiqləndiyi halda, ABŞ sanksiyaları ləğv edə bilər”, deyə Ernest bildirib.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniya Rusiya neftini daşıyan tankeri müsadirə edib
- Berbokun BMT-nin Baş Assambleyasının sədrliyinə namizədliyini həyasızlıq adlandırdılar
- Simonyandan Azərbaycanla bağlı qalmaqallı çıxış
- ABŞ Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona köçürməyi planlaşdırır
- Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər
Ən çox oxunanlar